---
title: "Microsoft 365 quraşdırılması və korporativ poçt | TechLab"
description: "Microsoft 365-ə keçid — domeninizdə korporativ poçt, Teams, OneDrive və SharePoint, köhnə poçtun köçürülməsi, təhlükəsizlik və dəstək."
canonical: https://techlab-ssh.com/microsoft-365
language: az
---

# Microsoft 365 quraşdırılması və korporativ poçt | TechLab

> Microsoft 365-ə keçid — domeninizdə korporativ poçt, Teams, OneDrive və SharePoint, köhnə poçtun köçürülməsi, təhlükəsizlik və dəstək.

Səhifə: https://techlab-ssh.com/microsoft-365

Şirkətiniz üçün Microsoft 365-i quraşdırır, köhnə poçtu itkisiz köçürür, Teams və OneDrive ilə birgə işi təşkil edir və hesabları təhlükəsiz idarə edirik.

## Domeninizdə peşəkar poçt və bulud iş mühiti

İş yazışmasını hələ də gmail və ya mail.ru ünvanlarından aparan şirkətlər az deyil. Bu, müştəriyə etibarlı görünmür, işçi gedəndə isə yazışmaların da onunla getməsi riski yaranır.

Microsoft 365 ilə hər işçinin şirkət domenində poçtu olur (ad@sirketiniz.az), fayllar OneDrive və SharePoint-də saxlanılır, görüşlər və yazışmalar Teams-də aparılır. Hamısı bir hesabla, istənilən cihazdan işləyir.

Keçidi əvvəldən axıra qədər biz aparırıq — lisenziya planının seçimi, domen və DNS ayarları, köhnə poçtun köçürülməsi, kompüter və telefonlarda quraşdırma, işçilərə qısa təlim. Sonra da hesabları və təhlükəsizliyi idarə etməyə davam edə bilərik.

## Microsoft 365 xidmətlərimiz

- **Korporativ poçt** — Domeninizdə poçt qutuları, ümumi ünvanlar (info@, sales@), paylaşılan təqvimlər və Outlook-un bütün cihazlarda qurulması.
- **Poçtun köçürülməsi** — Köhnə hostinq poçtundan, Gmail-dan və ya başqa serverdən məktubların, kontaktların və təqvimlərin itkisiz köçürülməsi.
- **Teams, OneDrive və SharePoint** — Birgə iş üçün komandalar, ortaq qovluqlar və sənədlərin bir yerdə, nizamlı saxlanması.
- **Təhlükəsizlik** — İki faktorlu giriş, spam və fişinq filtrləri, şübhəli girişlərə nəzarət, işdən çıxan işçinin hesabının bağlanması.
- **Lisenziyaların idarəsi** — Sizə uyğun planın seçilməsi, artıq xərclərin qarşısının alınması, yeni işçilər üçün hesabların açılması.
- **İstifadəçi dəstəyi** — Outlook, Teams və OneDrive ilə bağlı gündəlik suallar və problemlər üçün dəstək.

## 4 addımda Microsoft 365-ə keçid

- **Plan** — İstifadəçi sayına və ehtiyaclara görə lisenziya planını seçir, keçid tarixini razılaşdırırıq.
- **Hazırlıq** — Domeni qoşur, DNS qeydlərini qurur, hesabları və poçt qutularını yaradırıq.
- **Köçürmə** — Köhnə məktubları, kontaktları və təqvimləri köçürür, poçtu yeni sistemə iş saatlarından kənarda keçiririk.
- **Quraşdırma və təlim** — Kompüter və telefonlarda quraşdırır, işçilərə qısa təlim keçirik.

## Microsoft 365 kimlər üçündür

- İş yazışmasını pulsuz poçt ünvanlarından aparan şirkətlər
- Köhnə hostinq poçtu tez-tez problem yaradan şirkətlər
- Evdən və ya filiallardan birgə işləyən komandalar
- Faylları fleşkada və e-poçtla ötürməkdən yorulanlar
- Office lisenziyalarını qanuni və rahat idarə etmək istəyənlər

## Qiymət necə hesablanır

- IT dəstək: sabit aylıq məbləğ. Məbləğ kompüter, istifadəçi və server sayından, həmçinin işin həcmindən asılıdır.
- Quraşdırma, kabelləşmə və köçürmə kimi layihələr ayrıca qiymətləndirilir.
- Hostinq: qiymət istifadəçi sayından və konfiqurasiyadan asılıdır.
- Dəqiq təklif qısa tanışlıqdan sonra yazılı verilir. Konsultasiya pulsuzdur.
- Ödəniş müqavilə əsasında, hesab-faktura ilə aparılır.

## Tez-tez verilən suallar

**Köhnə məktublarımız itəcəkmi?**
Xeyr. Məktublar, qovluqlar, kontaktlar və təqvimlər köçürülür, keçiddən sonra hər şeyi birlikdə yoxlayırıq.

**Keçid zamanı poçt dayanacaqmı?**
Keçid elə planlaşdırılır ki, məktublar itməsin. Son mərhələ adətən axşam və ya həftəsonu aparılır.

**Bizə hansı Microsoft 365 planı lazımdır?**
Bu, işçilərin masaüstü Office proqramlarına ehtiyacından və təhlükəsizlik tələblərindən asılıdır. Çox vaxt Business Basic və ya Business Standard kifayət edir. Ehtiyaclarınıza baxıb tövsiyə veririk.

**Domenimiz başqa şirkətdə qeydiyyatdadır. Problem olacaqmı?**
Xeyr. Domen harada qeydiyyatda olursa olsun, lazımi DNS qeydlərini birlikdə və ya sizin icazənizlə biz qururuq.

**Məlumatlarımız harada saxlanılır?**
Microsoft-un data mərkəzlərində, şifrələnmiş şəkildə. Giriş iki faktorlu autentifikasiya ilə qorunur, işdən çıxan işçinin girişi dərhal bağlanır.

## Əlaqə

- Telefon: +994 50 668 33 34
- WhatsApp: +994 50 272 33 02 (https://wa.me/994502723302)
- E-poçt: info@techlab-ssh.com
- İş saatları: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Ünvan: Nizami küçəsi,7 Səbail, Bakı, Baku, Bakı
- Sorğu formu: https://techlab-ssh.com/contact#form
