---
title: "Rəqəmsal həllərimiz — TechLab-ın yaratdığı alətlər | TechLab"
description: "TechLab-ın yaratdığı rəqəmsal alətlər — e-qaimələrin Excel-ə yığılması, onlayn dəstək tələbi sistemi və komanda üçün tapşırıq izləmə aləti."
canonical: https://techlab-ssh.com/solutions
language: az
---

# Rəqəmsal həllərimiz — TechLab-ın yaratdığı alətlər | TechLab

> TechLab-ın yaratdığı rəqəmsal alətlər — e-qaimələrin Excel-ə yığılması, onlayn dəstək tələbi sistemi və komanda üçün tapşırıq izləmə aləti.

Səhifə: https://techlab-ssh.com/solutions

Müştərilərimizə xidmət göstərərkən qarşılaşdığımız gündəlik problemlər üçün öz alətlərimizi yaradırıq. Aşağıdakılar bu gün istifadə olunan real alətlərdir.

## E-qaimələrin tək kliklə yüklənməsi

Mühasiblər hər e-qaiməni bir-bir açıb əl ilə endirmək əvəzinə, bu əlavə ilə seçilmiş dövr üzrə bütün qaimələri bir kliklə, bütün sətirləri ilə birlikdə Excel və ya JSON formatında əldə edir.

- new.e-taxes.gov.az portalında, öz ASAN İmza girişinizlə işləyir
- Gələn və göndərilən e-qaimələri ayrıca yığır
- Məhsul adı, miqdar, qiymət və ƏDV bölgüsü daxil tam sətirlər
- Heç bir məlumatı saxlamır və ya kənar serverə göndərmir
- Nəticə — hazır, redaktə edilə bilən Excel cədvəli

## Onlayn dəstək tələbi sistemi

Hər müştəri şirkət üçün ayrıca girişi olan portalda problem bildirilir, kateqoriya və təcililik seçilir, texniklərimiz sorğunu dərhal görür və həll vaxtı qeydə alınır.

- Problemin kateqoriyası və təcililiyi seçilir
- Oxşar problem artıq bildirilibsə, xəbərdarlıq göstərilir
- Sorğunun gedişatı izlənilir
- Sorğu bağlananda qısa qiymətləndirmə verilir
- İnternet olmasa belə əlaqə nömrəsi görünür
- Hər şirkət üzrə aylıq çıxarış — sərf olunan vaxt, Excel və PDF

## Komanda üçün tapşırıq izləmə sistemi

Tapşırıq bir nəfərə, yoxsa hissələrə bölünərək bir neçə nəfərə verilir. Hər işçi öz tapşırıqlarını görür, statusunu yeniləyir, lazım olanda fayl paylaşır.

- Tapşırıq bir nəfərə və ya hissələrə bölünərək bir neçəsinə verilir
- Status və faizlə gedişat izlənilir
- Tapşırığa fayl əlavə edilir
- Vaxtı keçən tapşırıqlar üçün xatırlatma
- Şirkətin öz loqo və rənginə uyğunlaşdırılır

## Əlaqə

- Telefon: +994 50 668 33 34
- WhatsApp: +994 50 272 33 02 (https://wa.me/994502723302)
- E-poçt: info@techlab-ssh.com
- İş saatları: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Ünvan: Nizami küçəsi,7 Səbail, Bakı, Baku, Bakı
- Sorğu formu: https://techlab-ssh.com/contact#form
