Последнее обновление: 26 oktyabr 2026
TechLab e-Qaimə Google Chrome extension-u TechLab-YSH MMC (techlab-ssh.com) tərəfindən hazırlanıb. Extension e-taxes.gov.az portalındakı elektron qaimələri Excel və PDF faylına çıxarır, onların əsasında təhvil-təslim aktı, qiymət razılaşdırma protokolu və hesab-faktura hazırlayır. Bu səhifə yalnız bu extension-un məlumatlarla işləməsini izah edir, saytın öz məxfilik siyasətindən ayrıdır.
1. Hansı məlumatlarla işləyir
Qaimə məlumatları. Siz portalda daxil olduğunuz zaman extension qaimələri birbaşa new.e-taxes.gov.az ünvanından oxuyur: satıcı və alıcının adı, VÖEN-i, malların adları, miqdarı, qiymətləri və məbləğlər. Bu məlumatlar yalnız sizin kompüterinizdə fayl hazırlamaq üçün istifadə olunur.
Portal sessiyası. Extension portala sorğu göndərmək üçün açıq səhifədəki sessiya açarından istifadə edir. Bu açar heç yerdə saxlanılmır, yalnız new.e-taxes.gov.az ünvanına göndərilir və heç bir başqa ünvana ötürülmür.
Ayarlarınız. Daxil etdiyiniz şirkət profilləri (şirkət adı, VÖEN, imzalayan şəxs, ünvan, bank hesabları), sənəd nömrələri, müqavilə qeydləri, satıcı və mal kodu üzrə mal/xidmət seçimləriniz brauzerinizin daxili yaddaşında (chrome.storage və IndexedDB) saxlanılır.
2. Nə etmir
Heç bir məlumatı TechLab-a və ya üçüncü tərəfə göndərmir. Extension-un öz serveri yoxdur.
Şəxsiyyət vəsiqəsi məlumatlarını, FİN-i və ASAN İmza məlumatlarını oxumur və saxlamır.
Reklam göstərmir, istifadəçi hərəkətlərini izləmir, analitika toplamır.
Məlumatları satmır və onları extension-un məqsədindən kənar işlərdə istifadə etmir.
3. Məlumatların silinməsi
Extension-u Chrome-dan sildiyiniz zaman onun yaddaşında saxlanan bütün ayarlar da silinir. Hazırlanmış Excel və PDF faylları sizin seçdiyiniz qovluqda qalır və onları özünüz idarə edirsiniz.
4. Dəyişikliklər
Extension-un işində məlumatlara aid dəyişiklik olarsa, bu səhifə yenilənəcək və tarix dəyişəcək.
5. Əlaqə
Bu siyasətlə bağlı suallarınız üçün [email protected] ünvanı ilə və ya WhatsApp +994 50 272 33 02 ilə bizimlə əlaqə saxlayın.