1C, poçt, fayllar, internet, kassalar — şirkətin gündəlik işi infrastrukturun üzərində qurulur. Təməl zəif olanda problemlər də bitmir. Şəbəkə yavaşlayır, server donur, bir kabelin qırılması bütün ofisi dayandırır.
Biz infrastrukturu ehtiyacınızdan başlayaraq qururuq. Neçə işçi var, hansı proqramlar işləyir, məlumatlar harada saxlanmalıdır, şirkət necə böyüyəcək? Sonra layihə hazırlayır, avadanlığı seçir, quraşdırır, sənədləşdirir və işə salırıq.
Sıfırdan qurmaq lazım deyilsə, mövcud sisteminizi yoxlayır, zəif yerləri göstərir və onu mərhələ-mərhələ qaydaya salırıq.