Kiçik və orta şirkətlərin çoxunda IT ya bir nəfərin üzərindədir, ya da heç kimin. Printer çap etmir, poçt açılmır, internet kəsilir və hər dəfə kimisə axtarmaq lazım gəlir. Bu, itirilmiş vaxt deməkdir, bəzən isə dayanan iş və itən məlumat.
TechLab-ın IT dəstək xidməti bu işi sistemli edir. İşçiləriniz sorğunu telefonla, WhatsApp-da və ya e-poçtla göndərir, biz də problemlərin çoxunu təhlükəsiz uzaqdan qoşulma ilə həll edirik. Avadanlıq quraşdırmaq, kabel çəkmək və ya yerində baxmaq lazım olanda mütəxəssisimiz ofisinizə gəlir.
Xidmət adətən aylıq abunə şəklində olur — istifadəçi və avadanlıq sayına görə sabit məbləğ, hansı işlərin daxil olduğu isə müqavilədə yazılır. Birdəfəlik işlər üçün də müraciət edə bilərsiniz.