Rəqəmsal həllərimiz

Müştərilərimizə xidmət göstərərkən qarşılaşdığımız gündəlik problemlər üçün öz alətlərimizi yaradırıq. Aşağıdakılar bu gün istifadə olunan real alətlərdir.

01 Yeni

E-qaimələrin tək kliklə yüklənməsi

Mühasiblər hər e-qaiməni bir-bir açıb əl ilə endirmək əvəzinə, bu əlavə ilə seçilmiş dövr üzrə bütün qaimələri bir kliklə, bütün sətirləri ilə birlikdə Excel və ya JSON formatında əldə edir.

  • new.e-taxes.gov.az portalında, öz ASAN İmza girişinizlə işləyir
  • Gələn və göndərilən e-qaimələri ayrıca yığır
  • Məhsul adı, miqdar, qiymət və ƏDV bölgüsü daxil tam sətirlər
  • Heç bir məlumatı saxlamır və ya kənar serverə göndərmir
  • Nəticə — hazır, redaktə edilə bilən Excel cədvəli
Təsvirdə nümunə məlumatlar göstərilib.
02 Yeni

Onlayn dəstək tələbi sistemi

Hər müştəri şirkət üçün ayrıca girişi olan portalda problem bildirilir, kateqoriya və təcililik seçilir, texniklərimiz sorğunu dərhal görür və həll vaxtı qeydə alınır.

  • Problemin kateqoriyası və təcililiyi seçilir
  • Oxşar problem artıq bildirilibsə, xəbərdarlıq göstərilir
  • Sorğunun gedişatı izlənilir
  • Sorğu bağlananda qısa qiymətləndirmə verilir
  • İnternet olmasa belə əlaqə nömrəsi görünür
  • Hər şirkət üzrə aylıq çıxarış — sərf olunan vaxt, Excel və PDF
Yeni müraciət forması — problemin növü, təcililiyi və təsviri
Şirkət üzrə müraciətlərin aylıq çıxarışı və sərf olunan vaxt
03 Yeni

Komanda üçün tapşırıq izləmə sistemi

Tapşırıq bir nəfərə, yoxsa hissələrə bölünərək bir neçə nəfərə verilir. Hər işçi öz tapşırıqlarını görür, statusunu yeniləyir, lazım olanda fayl paylaşır.

  • Tapşırıq bir nəfərə və ya hissələrə bölünərək bir neçəsinə verilir
  • Status və faizlə gedişat izlənilir
  • Tapşırığa fayl əlavə edilir
  • Vaxtı keçən tapşırıqlar üçün xatırlatma
  • Şirkətin öz loqo və rənginə uyğunlaşdırılır
Tapşırıqlar lövhəsi — başlanmayıb, işdədir, gözləmədə və tamamlandı sütunları
Vaxtı keçən tapşırıq üçün kompüterdə açılan xatırlatma pəncərəsi

IT infrastrukturunuzu gücləndirməyə hazırsınız?

Pulsuz konsultasiyada mövcud vəziyyəti birlikdə dəyərləndirək və biznesiniz üçün ən uyğun həlli müəyyənləşdirək.