İş yazışmasını hələ də gmail və ya mail.ru ünvanlarından aparan şirkətlər az deyil. Bu, müştəriyə etibarlı görünmür, işçi gedəndə isə yazışmaların da onunla getməsi riski yaranır.
Microsoft 365 ilə hər işçinin şirkət domenində poçtu olur ([email protected]), fayllar OneDrive və SharePoint-də saxlanılır, görüşlər və yazışmalar Teams-də aparılır. Hamısı bir hesabla, istənilən cihazdan işləyir.
Keçidi əvvəldən axıra qədər biz aparırıq — lisenziya planının seçimi, domen və DNS ayarları, köhnə poçtun köçürülməsi, kompüter və telefonlarda quraşdırma, işçilərə qısa təlim. Sonra da hesabları və təhlükəsizliyi idarə etməyə davam edə bilərik.