Müştərilərin çoxu sizinlə tanışlığa saytdan başlayır. Köhnə, yavaş və ya telefonda pis açılan sayt ən yaxşı xidmətə belə inamı azaldır. Google da belə saytları axtarışda geri salır.
Biz saytı təkcə gözəl yox, işlək hazırlayırıq. Telefonda sürətlə açılır, Google üçün düzgün qurulur, bir neçə dildə işləyə bilir, mətnləri və şəkilləri isə admin paneldən özünüz dəyişirsiniz. Saytdan gələn sorğular birbaşa poçtunuza düşür. Elə bu saytı da biz hazırlamışıq.
Hazır proqram işinizə uyğun gəlmədikdə fərdi həllər hazırlayırıq — daxili sistemlər, hesabatlar, 1C, bank və digər sistemlərlə inteqrasiyalar, təkrarlanan işlərin avtomatlaşdırılması.